Gəncədə 70 yaşlı qadının ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə oktyabrın 21-də APA xəbər yayıb.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyadanı vurub.
Sevda Məmmədova yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.