Gəncənin Atatürk prospektində mayın 26-da ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA məlumat verib.
Belə ki, 15 saylı "İveco Otoyol" markalı sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.