Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə 22 oktyabr tarixində APA məlumat verib.
Belə ki, Rasim Şəfiyevin idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə yolu keçən 1952-ci il təvəllüdlü Sevda Məmmədova vurulub.
Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.