44 günlük Vətən müharibəsi dövründə, 17 oktyabr 2020-ci ildə, gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə intensiv atəşə tutulmuşdu.
Bu terror aktı nəticəsində külli miqdarda dağıntılar olmuş, həmçinin 15 nəfər həlak olmuş, 40-dan çox şəxs ağır xəsarətlər almışdır.
Ümumilikdə İkinci Qarabağ müharibəsi zamanı cəbhədən kənarda yerləşən Gəncə şəhərinin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 26 nəfər həlak olub, 170-dən çox şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.