1963-cü ildə rejissor Zeynəb Kazımovanın çəkdiyi “Axırıncı namaz” adlı ikihissəli qısametrajlı bədii film aşkarlanıb. Bu haqda iyunun 28-də Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.
Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub.
Film “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.
Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər Azərbaycan aktyorları ifa ediblər.