top
Global Haber: “Fransa Senatı Ermənistanın cinayətlərinə göz yumur”
19 oktyabr 2022, 01:10
- ↺ +

Global Haber: “Fransa Senatı Ermənistanın cinayətlərinə göz yumur”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin xəbər kanalı “Haber Global” Fransanın Azərbaycana qarşı qətnaməsi ilə bağlı reportaj hazırlayıb.

“Fransa Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə çalışsa da, çox mühüm meyar olan neytrallığını qoruyub saxlaya bilmir. Əksinə, Fransa, xüsusilə də bu ölkənin Senatı yalnız Ermənistanın maraqlarını qoruyur və Azərbaycana qarşı ayrı-seçkilik, ikili və hətta irqçi mövqe tutur.

Fransa siyasətçiləri etdikləri hər açıqlamada azərbaycanlılara qarşı açıq irqçilik nümayiş etdirirlər. Lakin Vətən müharibəsində Azərbaycan şəhərləri raket atəşinə məruz qalanda nə nazirlər, nə də ki deputatlar reaksiya verməmişdilər.

Həmin vaxt onlar Ermənistan Silahlı Qüvvələri tərəfindən 12-si uşaq olmaqla 93 mülki azərbaycanlının öldürüldüyünü görmədilər və ya açıq-aşkar buna məhəl qoymadılar.

Həmin hökumət hazırda Azərbaycanı hərbi cinayətlər törətməkdə günahlandırır. Bu əsassız ittiham Fransa Senatının hazırladığı qətnamə layihəsində yer alıb. Layihənin 20-ci bəndindəki ifadələr ikiüzlülüyün konkret nümunəsidir.

Sənəddə dövlətimizi köçkün ermənilərə qayıtmaq hüququ verməyə çağırırlar. Birinci Qarabağ müharibəsi zamanı 1 milyondan çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. Niyə Fransa Senatı 30 il ərzində bir dəfə də olsun onların geri qayıtmaq hüququnu müdafiə etmək barədə düşünməyib?

Qətnamə layihəsinin 20-ci bəndindəki “Azərbaycan erməni mədəni və dini irsinin qorunmasını təmin etməlidir” müddəası da diqqəti cəlb edir. Bəs niyə bu çağırışı edən Fransa 30 il işğal altında olan Azərbaycanın öz ərazisində törədilən vandalizm aktları barədə bəhs etmir? Təkcə Şuşada 215 tarixi və mədəniyyət abidəsi zədələnib. Bütün işğal olunmuş ərazilərdəki 67 məsciddən yalnız 4-ü qismən salamat qalıb.

Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək istəsə də, Fransaya səsini çatdıra bilməyib. Çünki Ermənistandan söhbət düşəndə ​​Fransa ancaq bir tərəfi eşidir və müdafiə edir.

Əslində bu, təəccüblü deyil. Fransanın bu irqçi siyasətinin tarixi kökləri var. 1885-ci ildə Fransanın xarici işlər naziri Jül Ferri Senata belə bir göstəriş vermişdi: “Bizim kimi üstün irqlər başqa irqlərə sivilizasiya gətirmək məcburiyyətindədirlər”. Fransanın xarici siyasəti 1960-cı illərin əvvəllərinə qədər bu istiqamətdə aparılıb. Məsələn: həmin hökumət Əlcəzairdə müstəqillik uğrunda mübarizə aparan müsəlman əhalini qırıb. Bu vəhşiliyi xatırlamamağa üstünlük verən fransalı senatorlar indi Azərbaycanı hərbi cinayətlər törətməkdə ittiham edirlər”.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Bu gün, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Bu gün, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Bu gün, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Bu gün, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Bu gün, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Bu gün, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
Dünən, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
Dünən, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
Dünən, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Dünən, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Dünən, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Dünən, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Dünən, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Dünən, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Dünən, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Dünən, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Dünən, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Dünən, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Dünən, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Dünən, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
08 noyabr 2026, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
08 noyabr 2026, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Oxşar xəbərlər