Dərman preparatlarının Azərbaycana qanunsuz yolla gətirilməsinin qarşısı alınıb. Bu barədə iyulun 2-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İstanbul-Bakı aviareysi ilə gələn 3 Azərbaycan vətəndaşı yoxlama otağına dəvət olunub. Onların corablarının içərisindən və bel korsetlərindən ümumilikdə 215 ədəd dərman preparatı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.