Goranboyda A. Qurbanova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Bu barədə iyulun 4-də Report-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş H. Musayev və E. Xəlilov saxlanılıblar. Onların, həmçinin digər şəxsin də avtomobilini qaçırmaları müəyyən olunub.
Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.