Goranboyda yanğın hadisəsi qeydə alınıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 22 sentyabr tarixində məlumat verir.
Rayonunun Əlirzalı kəndində ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyalardan ibarət obyektin (çayxana kimi fəaliyyət göstərir) taxta atmaları və içərisinə yığılan əşyalar yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.