Goranboyda kişi həmkəndlisini güllələyib. Bu barədə oktyabrın 22-də Baş Prokurorluqdan məlumat verilib.
Xanqərvənd kənd sakini, 1997-ci il təvəllüdlü Arzu Əliyev odlu silahdan açılan atəşlə xəsarət alıb. Zərərçəkmişi həmkəndlisi, 1994-cü il təvəllüdlü Emin Rüstəmov öldürməyə cəhd edib. E.Rüstəmov əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə onun yaşadığı evə gəlib və Arzu Əliyevə ov tüfəngi ilə iki dəfə atəş açıb.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.