Goranboyda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 16 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, oktyabrın 10-da gecə saatlarında Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbə sakininə məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı şəxsin qeyri-qanuni yolla daxil olması, əllərindəki bıçaqla ev sahibi və onun həyat yoldaşını ölümlə hədələyib, onlara müxtəlif bədən xəsarətləri yetirən və hadisə yerindən 2 000 manat, 5 380 dollar və 5 adda müxtəlif qızıl-zinət əşyaları ələ keçirmələri barədə məlumat daxil olub.
Şübhəli bilinən Goranboy sakinləri - 1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynov saxlanılıblar. Şübhəli şəxslər saxlanılan zaman cinayətdə istifadə olunan 1 ədəd bıçaq və ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.