Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 5 oktyabr tarixində xəbər verib.
Rayonun Qanqərvənd kəndində hərəkətdə olan minik maşını qarşısına çıxan camışa çarpılıb.
Qəza zamanı altı nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Onlar 41 yaşlı Razim Quliyev, 49 yaşlı Nemət Şirinov, 18 yaşlı Uğur Mehdiyev, 45 yaşlı Alisə Şirinova, 69 yaşlı Mahirə Quliyeva, 6 yaşlı Əli Quliyevdir.
Faktla bağlı araşdırma aparılır.