Goranboy rayonunun Qızılhacılı qəsəbəsində avtomobillə traktor toqquşub. Nəticədə 1 nəfər dünyasını dəyişib. Bu haqda dekabrın 30-da FHN məlumat paylaşıb.
Məlumata əsasən, “VAZ” markalı minik avtomobili “Belarus” markalı traktorla toqquşub.
Minik avtomobilin 63 yaşlı sürücüsünün cəsədi deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.