Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində avtomobillər toqquşub. Nəticədə 6 nəfər həlak olub. Bu barədə iyulun 2-də APA məlumat paylaşıb.
Hadisə gecə saatlarında baş verib. Yük avtomobili “VAZ-2107” ilə toqquşub.
Həlak olanlar “VAZ-2107”nin sürücüsü, onun həyat yoldaşı, övladı və iki sərnişinidir. Ölənlərdən birinin şəxsiyyəti müəyən edilməyib.