Göygöl və Daşkəsən rayonlarında KOB dostu fəaliyyətə başlayıb. Bu barədə 13 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, KOB dostu sahibkarlara yerində dəstəyin təmin olunması baxımından effektiv dəstək mexanizmidir. Sədr, həmçinin Göygöl və Daşkəsən sahibkarları ilə də görüşüb. Bu, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə sayca 3-cü KOB dostudur. Göygöl və Daşkəsəndə KOB dostu ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir.
Hazırda KOB dostları ölkənin 33 şəhər və rayonunda fəaliyyət göstərir.