Göygöl rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə mayın 16-da Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Hadisə mayın 14-də rayonun Quşqara kəndində qeydə alınıb. Şəmkir sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini A.Allahverdiyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.