Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhadətə ucaldı. İnsanoid bu haqda 6 oktyabr tarixində xəbər verir.
Lokal antiterror əməliyyatları zamanı ağır yaralanan Muradovun dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
Xatırladaq ki, o, 44 günlük müharibədə ermənilər tərəfindən zəbt edilmiş evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı.
Əzizbəy "Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdu.