Mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18°, gündüz 26-31°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.