İyunun 7-də hava yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.
Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq.
Əksər rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 34-39°, dağlarda gecə 8-13°, gündüz 21-26° isti olacaq.