Mayın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 1-6°, gündüz 5-10° isti olacaq.