Mayın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək.
Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacaq.
Rayonlarda hava yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16°, gündüz 23-28°, dağlarda gecə 0-4°, gündüz 5-8° isti olacaq.