Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən iki nəfər saxlanılıb. Bu barədə oktyabrın 20-də Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Belə ki, Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.
Sərhədi pozmuş biri azyaşlı olmaqla iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Həmin şəxslərin Ağstafa rayonu Poylu kənd sakini, 2003-cü il təvəllüdlü Mirzəyev Aqid və Yevlax şəhər sakini, 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olub.