Hazırda Gürcüstan həbsxanalarında 94 Azərbaycan vətəndaşı saxlanılır. Bu barədə mayın 30-da Gürcüstanın Milli Statistika İdarəsinə istinadən Report məlumat verib.
Aprel ayının statistikasına əsasən, həmin şəxslərdən 12-si ittiham olunan, 2-si yeniyetmə olmaqla 82-si isə məhkumdur.
Qonşu dövlətdə probasiya (azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş) nəzarətində 41 nəfər Azərbaycan vətəndaşı var.