Gürcüstandan dərman preparatlarının qanunsuz olaraq Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu barədə iyunun 13-də Dövlət Gömrük Komitəsi xəbər paylaşıb.
"Qırmızı Körpü" gömrük postunda ölkə ərazisinə gələn "DAF” markalı yük avtomobili saxlanılıb. Sürücü nəqliyyat vasitəsində bəyan edilməyən predmetin olmadığını söyləyib. Lakin yoxlama zamanı ondan 130 ədəd “Atarax 25 mg” dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.