Gürcüstandan Azərbaycana gələn “SCANİA” markalı nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb. Bu barədə mayın 7-də Dövlət Gömrük Komitəsi məlumat verib.
Yük maşınının salonundakı döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən 5 400 ədəd “Marlboro Edge” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.