Ədliyyə Nazirliyi ləğv edilmiş MTN-nin sabiq şöbə rəisi Zakir İsmayılovun ölümü ilə bağlı dekabrın 9-da məlumat yayıb.
Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Zakir İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb. Lakin aparılan tibbi tədbirlərə baxmayaraq o, noyabrın 25-də tromboemboliyadan qəflətən vəfat edib.
Naxçıvan MR-ın ləğv edilmiş MTN-nin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Zakir İsmayılov Cinayət Məcəlləsinin “dövlətə xəyanət” maddəsi ilə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilmişdir.