Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri aparılır. Bu barədə 19 may tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Məlumata əsasən, sözügedən avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 kilometr təşkil edir. Bildirilib ki, yolun 7-13 km hissələrində yolayrıcı betonlar qoyulub.
Qeyd olunub ki, uzunluğu 30, eni isə 3,5 metr olan üç yerüstü piyada keçidi inşa edilir.