Həbsdə olan Neftçala rayonunun sabiq icra başçısının cəzası azaldılıb. Bu barədə mayın 24-də Report məlumat yayıb.
İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 ayadək endirilib.
Sabiq icra başçısı 2020-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “külli miqdarda təkrar rüşvət alma” və “mənimsəmə” maddələri ilə ittiham olunub.