Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində top mərmisi aşkarlanıb. Bu barədə 3 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 122 millimetrlik OF-462 top mərmisi olduğu müəyyən olunub.
Bildirilib ki, sursat Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.