Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində mayın 18-dən 19-na keçən gecədən etibarən hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə AAYDA məlumat yayıb.
Buna səbəb 89.7-ci kilometrdə yerləşən avtomobil körpüsündə aparılacaq təmir işləridir.
Hərəkətin məhdudlaşdırılması Kürdəmir rayonu istiqamətində tətbiq ediləcək. Təmir müddətində əks-istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.