Hacıqabulda azyaşlını avtomobil vurub. Bu barədə APA 20 iyul tarixində xəbər verib.
3 yaşlı Hacıqabul sakini Nazim Əhmədzadə qəfil yola çıxıb. Bu zaman uşağı avtomobil vurub.
Azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.