Hacıqabulda avtomobil kanala aşıb. Bu haqda İnsanoid oktyabrın 19-da APA-ya istinadən xəbər verir.
Hadisə Hacıqabul rayonunun Abdulabad kəndində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtombil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtobildə olan sərnişin - sürücünün atası, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin avtomobilin içində boğularaq hadisə yerində ölüb. Qəza zamanı xəsarət alan sürücü Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.