Hacıqabulda mağazadan 5000 manat pul və 500 manat dəyərində ərzaq məhsulları oğurlanıb. Bu barədə mayın 5-də rel="nofollow">Report məlumat yayıb.
Şübhəli bilinən əvvəllər də məhkum olunmuş Bakı şəhər sakini saxlanılıb.
Daha sonra məlum olub ki, o, aprelin 15-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən “VAZ-2106” markalı avtomobili qaçırıb, avtobusda qəsəbə sakininin 200 manat pul və mobil telefonunu oğurlayıb.