Hacıqabulda sürücü avtomobildə ölü tapılıb. Bu barədə mayın 12-də APA məlumat yayıb.
Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndindən keçən hissəsində park halında yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib. Onun hansı vəziyyətdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Patoloji Anatomiya Birliyinə yerləşdirilib.