Hacıqabul rayonunda baş verən ağır yol qəzasında iki nəfər xəsarət alıb. Bu barədə Report 5 oktyabr tarixində xəbər verib.
Rayonun Nəvahı kəndi ərazisində “Mercedes” markalı avtomobil hərəkətdə olan digər avtomobillə toqquşub.
Qəza nəticəsində Bakı şəhər sakinləri, 38 yaşlı Rüfət Babayev və 26 yaşl Ramil Kazımov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.