18-19 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Bu barədə iyunun 16-da Kənd Təsərrüfatı Nazirliyi Tərəfindən məlumat verilib.
Ümumilikdə 45 regiondan 100-ə yaxın fermerin iştirakı gözlənilir. Onlar 90-a yaxın kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkalar Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda keçiriləcək.
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Tədbirin keçirilməsində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq, şəhər sakinlərini yerli, mövsümi və təbii kənd məhsulları ilə təmin etməkdir.
[URIS id=54350]