Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsinə 3 min qızılbalıq və forel balıqları buraxılıb. Bu barədə iyunun 24-də APA xəbər paylaşıb.
Məlumata əsasən, sözügedən balıq növləri "Qırmızı kitab”a düşüb.
İyunun 10-da da Həkəri çayına 2 000 körpə forel buraxılıb. Ölkənin müxtəlif regionlarında təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək.