Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda iyunun 17-də Report məlumat paylaşıb.
2022-ci ilin aprel ayında Nizami rayonu, “Qara Qarayev” metro stansiyası yaxınlığında ər-arvad arasında dava düşüb. Dava zamanı qadın boğaz və döş qəfəsindən üç bıçaq zərbəsi alıb. O, xəstəxanaya çatdırılıb və onun hamilə olduğu müəyyən edilib. Daha sonra qadının həyatını xilas etmək mümkün olub.
Əməli törədən şəxs “qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd” maddəsilə ittiham olunub.