Zəngilan rayonunun Ağalı kəndinin yaxınlığından keçən Həkəri çayına balıq körpələri buraxılıb. Bu barədə Report iyunun 10-da məlumat yayıb.
Çaya balıqartırma zavodlarında yetişdirilən 2 000 qızılxallı forel körpəsi buraxılıb.
Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar hər il ölkədə may ayının 1-dən etibarən balıq ovuna 4 aylıq moratorium tətbiq edilir.