Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Bu barədə 16 iyul tarixində “Qafqazinfo” məlumat verib.
Məlumata görə, onun uçqun altında qalaraq həlak olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd olunub ki, 1981-ci il təvəllüdlü hərbçimiz əslən Zaqatala rayonundan olub. Ailəli olan Yunis Abbasovun üç övladı yadigar qalıb.