May ayının 30-dan etibarən “Azimut” aviaşirkəti Həştərxan-Bakı istiqaməti üzrə uçuşları bərpa edir. Bu barədə 19 may tarixində aviaşirkətin rəsmi səhifəsində məlumat yerləşdirilib.
Məlumata əsasən, uçuşlar həftədə 2 dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Həştərxandan (yerli vaxtla) uçuş saat 12:45-də, Bakıya eniş saat 14:10-da, əks istiqamətdə - Bakıdan uçuş saat 15:10-da, Həştərxana eniş saat 16:40-da yerinə yetiriləcək. Biletlərin qiyməti bir istiqamət üzrə 80 avrodan başlayır.
Qeyd edək ki, “Azimut” aviaşirkəti hazırda Bakıya Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.