Gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə külli miqdarda - 1000,98 qram metamfetamin psixotrop maddəsi aşkar edilib. Bu barədə İnsanoid Dövlət Gömrük Komitəsinə istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
Narkotik maddələr Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalında beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsilə Azərbaycandan Yeni Zelandiyaya göndərilən poçt bağlamasına keçirilmiş baxış zamanı tapılıb.
Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq zamanı qeyd edilən cinayəti törətmiş şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[caption id="attachment_134083" align="alignnone" width="696"]
Foto DGK[/caption]
Hazırda cinayət işinin istintaqı davam etdirilir.