Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə 17 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Səhər yarımadanın bəzi yerlərində yağıntının qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 30-35° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 31-36°, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacaq.