Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 19 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 31-36°, dağlarda gecə 14-18°, gündüz 18-23° isti olacaq.