Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə 8 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.