Gədəbəydə silahla havaya atəş açan şəxsin kimliyi müəyyən edilib. Bu haqda oktyabrın 17-də APA xəbər yayıb.
Belə ki, sosial şəbəkələrdə bununla bağlı video paylaşılmışdır. Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib.
Araşdırmalarla videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması və hazırda ölkə xaricində olması müəyyən edilib.
Onun istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir.