Bakıda həyat yoldaşını qətlə yetirib, qayınanası və qaynını bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılır. Bu haqda iyunun 15-də Trend məlumat yayıb.
İş materialları toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə fevralın 25-də Xətai rayonu ərazisində baş verib. Bəxtiyar Məmmədov aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə qohumlarına hücum edib. Nəticədə həmin şəxsin arvadı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda istintaq tədbirləri davam etdirilir.