Bakıda həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürən şəxsin işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda iyulun 1-də APA məlumat yayıb.
Hadisə mart ayında qeydə alınıb. 1987-ci il təvəllüdlü Saməddin Həsənovun 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanı qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.