Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.Bu barədə oktyabrın 24-də DİN-dən məlumat verilib.
Belə ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Nəzirməmməd Həmidzadə saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərindən iki büküm heroin aşkarlanıb.
Həmin şəxsin yaşadığı evin həyətindən torpağa basdırılmış polietilen torbanın içərisindən 53 ədəd sellofan bükümdə olan və ümumi çəkisi 170 qramdan artıq heroin, 3 büküm metamfetamin, 42 ədəd sellofan bükümdə və 2 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 146 ədəd narkotik tərkibli “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.