Azərbaycanda Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutu yaradılıb. Bu barədə Report-a mayın 20-də Müdafiə Nazirliyindən məlumat verilib.
Hər iki institut yeni yaradılan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərəcək.
Bundan başqa, Hərbi Elmi-Tədqiqat İnstitutu da MN-in nəzdində fəaliyyət göstərəcək.